Haqqımızda

2011-ci ildə qurulan Sentra QSC Avtomatika İnformasiya Texnologiyaları və Neft Qaz qurğularının istehsalı sahəsində ölkəmizdə qabaqcıl şirkətlərdən biridir.

Hazırda şirkətimiz müasir tələb və standartlara cavab verən avtomatik neft qaz qurğuları və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların DS1 Cat5 standartı ilə aşkar edilməsi, eləcədə təhlükəsizlik, videonəzarət və siqnalizasiya, yanğın sistemlərinin quraşdırılması işlərini yerinə yetirir.

Sentra QSC, AUMA şirkətinin Azərbaycan Respublikasında satış və servis xidmətləri çərçivəsində səlahiyyətli nümayəndəliyidir. 

Sentra QSC, Hima şirkətinin Azərbaycan Respublikasında satış və servis xidmətləri çərçivəsində səlahiyyətli nümayəndəliyidir.